"Layiqli qələbə qazandıq. Meydanda güclü olan tərəf qalib gəldi. Komandamızın göstərdiyi xarakter sayəsində zəfər bizim oldu". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib.
Uelsli mütəxəssis Rəhim Həsənovun penalti qərarını dəyişməsinə və Sadio Tounkaranın qırmızı vərəqə almasına münasibət bildirib: "Hakimin qərarı anlaşılmaz idi. Bizim ölkəmizdə belə bir deyim var: Verən də, alan da şeytandır. Tounkaranın qırmızı vərəqə aldığı epizodu da görmədim, o da mənim üçün anlaşılmaz qaldı. Görünür, rəqibin təxribatına uydu. "Neftçi" onun qarşısını heç cür ala bilmədiyindən, belə təxribata əl atdı. Ola bilsin, bu, ona gələcəkdə dərs olar".
Fanat.az