Con Nyuman, “Clean Bandit” və Qaret Emeri Bakıda - FOTOLAR

Con Nyuman, “Clean Bandit” və Qaret Emeri Bakıda - FOTOLAR

Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi keçirilib. Fanat.az xəbər verir ki, müxtəlif rəqs və musiqi kompozisiyalarından sonra səhnəyə dünyaca məşhur olan qrup “Clean Bandit” çıxıb. Qrup tamaşaçılara məşhur mahnılarını ifa edib. 

Bakı Olimpiya Stadionunda eyni zamanda Böyük Britaniyanın tanınmış dj-i Qaret Emeri də çıxış edib. O, “Long Way Home” trekini ifa edib.

Bu ifaçılardan sonra səhnəyə məşhur britaniyalı müğənni və bəstəkar Con Nyuman çıxıb. Onun çıxışı bütün publikanı coşdurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər