Cəzalı baş məşqçi meydana çıxdı, AFFA cəzasını ardırdı

Cəzalı baş məşqçi meydana çıxdı, AFFA cəzasını ardırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

* “Zaqatala” - “Şərurspor” matçının 45+2-ci dəqiqəsində “Şərurspor”un futbolçusu Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

* “Ağsu” - “Bakılı”  matçının 76-cı dəqiqəsində “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

* “Şəmkir” - “Neftçala” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

- Oyunun 74-cü dəqiqəsində “Şəmkir”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur.

- Oyun başa çatdıqdan sonra “Şəmkir”in futbolçusu Müşfiq Teymurov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

- Oyun başa çatdıqdan sonra “Şəmkir”in həkimi Bayram Bayramov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur.

“Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayevə İntizam Komitəsi tərəfindən 5 oyunluq texniki zonaya giriş qadağası qoyulsa da, o, “Şəmkir” -- “Neftçala” oyununun 68-ci dəqiqəsində tribunadan meydançaya daxil olaraq hakimə qarşı öz etirazını bildirib. Bu səbəbdən də baş məşqçiyə verilmiş cəzaya 1 oyun əlavə olunur. Bu hall yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər