Ceko Milan klubunun tarixinə düşdü

Ceko Milan klubunun tarixinə düşdü

“Milan”a 2:3 hesabı ilə uduzan "İnter"in hücumçusu Edin Ceko derbidə vurulan sonuncu qolun müəllifi olub.

Fanat.Az xəbər verir ki, oyuna 64-cü dəqiqədə əvəzetmədən daxil olan bosniya və herseqovinalı cəmi üç dəqiqə sonra fərqlənməklə, yeni rekorda imza atıb.

O, məhz bu qolla "İnter"in "Milan"la derbilərdə fərqlənən ən yaşlı futbolçusu olub. Ceko 34 yaş 198 günlüyündə "Milan"a qol vuran əfsanəvi müdafiəçi Valter Samueli (Valter) taxtdan salıb. Özü isə bu uğuru 36 yaş 170 günlüyündə bacarıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər