Türkiyənin PTT -ci liqasında IX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" "Bucaspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Milli komandamıza dəvət alan Cavid start heyətində yer alıb və fasilədə əvəzlənib.
Qeyd edək ki, "Elazığspor" 9 oyundan sonra 12 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.az