"Neftçi" artıq özünə gəlib. Bütün gücülümzlə "Qəbələ" matçına hazırlaşırıq. Artıq xal itirmək limitimiz dolub. Bizi yalnız qələbə qane edir". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi XXV turda qonağı olacaqları "Qəbələ"nin güclü komanda olduğunu bildirib: "Qəbələ"nin yaxşı heyəti var. Bizi çətin səfər gözləyir. Rəqibin oyunlarını artıq təhlil etmişəm".
Fanat.az