Böyükağa Hacıyev: "Bakıya qayıtdıqdan sonra istefa verəcəm"

Böyükağa Hacıyev: "Bakıya qayıtdıqdan sonra istefa verəcəm"

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Skenderbeu" klubuna 0:1 hesabı ilə uduzan "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb. 

Azerisport-un verdiyi məlumata görə, B.Hacıyev Bakıya qayıtdıqdan sonra istefa verəcəyini açıqlayıb:

"Çempionlar Liqasının oyunlarında belə zəif hakimlik olmamalıdır. Bir epizodda Cavid İmamverdiyevi vurdular, amma hakim penalti nöqtəsini göstərmədi. Albaniya çempionuna da demək istəyirəm ki, siz hakimin sayəsində bizi məğlub etdiniz. Növbəti mərhələdə nə edəcəksiniz? Yalnız Bakıya qayıtdıqdan sonra istefa verəcəyəm".

Qeyd edək ki, "Skenderbeu" klubuna 0:1 hesabı ilə məğlub olan "Neftçi" turnirdə mübarizəni erkən dayandırıb.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər