"Böyük dəbilqə": Bu gün daha 3 Azərbaycan cüdoçusu mübarizə aparacaq

"Böyük dəbilqə": Bu gün daha 3 Azərbaycan cüdoçusu mübarizə aparacaq

Türkiyənin Antalya şəhərində təşkil olunan "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq.

Fanat.Az xəbər verir ki, təmsilçilərimiz bu gün iki çəki dərəcəsində güclərini sınayacaqlar.

73 kq-da Vüsal Qələndərzadə Keysey Nakano (Filippin) ilə, Rəşid Məmmədəliyev isə Mark Xristovla (Bolqarıstan) qarşılaşacaq. Omar Rəcəblinin (81 kq) ilk rəqibi Joao Fernando (Portuqaliya) olacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər