“Bursaspor”un stadionuna “Azərbaycan Arena” adı verilir?

“Bursaspor”un stadionuna “Azərbaycan Arena” adı verilir?

Türkiyənin “Bursaspor” klubunun yeni stadionunun adı “Azərbaycan Arena” ola bilər. Fanat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə klub prezidenti postuna namizədlərdən olan Timur Noyan deyib.

 

O bildirib ki, bu ay keçiriləcək seçkilərdən qalib ayrılarsa, yeni stadionun adı “Azərbaycan Arena” ola bilər: 

"Azərbaycanla danışıqlar aparmıdım. Yeni stadionumuzun "Azərbaycan Arena" adlandırılması ilə bağlı danışıqlarımız oldu. İlkin məbləği artıracaqlarını bildirdilər".

Qeyd edək ki, “Bursaspor”da prezident seçkiləri yanvarın 11-19-u aralığında keçiriləcək. Ötən ayın 21-də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan tərəfindən açılışı edilən arena 45 min tamaşaçı tutumuna malikdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər