Bulatoviçin Azərbaycan klubuna keçidi alınmadı

Bulatoviçin Azərbaycan klubuna keçidi alınmadı

Serbiyalı vinger Luka Bulatoviç karyerasını Azərbaycanda davam etdirməyə yaxın olsa da, bu keçid reallaşmayacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı cinah hücumçusu bir müddətdir danışıq apardığı "Şamaxı" ilə ilkin razılığa gəlsə də, sonradan fikrini dəyişib.

Öncəki klubu bu yay ayrıldığı Şimali Makedoniya "Pelister"i olan Luka maddi planda daha sərfəli təklif aldığından "aslanlar"a qoşulmaq variantından vaz keçib.

Xatırladaq ki, "Şamaxı" yeni mövsümə "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırovun rəhbərliyi altında hazırlaşır. 

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər