Buffonun küfr etdiyi sübuta yetirilsə, diskvalifikasiya ediləcək

Buffonun küfr etdiyi sübuta yetirilsə, diskvalifikasiya ediləcək
"Yuventus"un qapıçısı Canluici Buffon küfr etməkdə günahlandırılır.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, qapıçı A Seriyasının 12-ci turunda keçirilən "Parma" ilə oyunda küfr edib.
İnsidentin audioyazısı olsa da, kameralardan heç biri həmin anı lentə almayıb. Heç oyunu idarə edən hakim də qolkiperin inanclı insanların heysiyyatına toxunan və müzakirələrə səbəb olan sözlərini eşitməyib.
Hazırda İtaliya Futbol Federasiyası araşdırmalara başlayıb. Təqsiri sübuta yetiriləcəyi halda, Buffon bir oyunluq diskvalifikasiya olunacaq. İş ondadır ki, küfr italyan dilində ən pis söyüş sayılır.
Qeyd edək ki, Buffon bu mövsüm İtaliya A Seriyasında 4 oyuna çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər