İtaliya A Seriyasının 28-ci turunun mərkəzi oyununda “Napoli” evdə gözlənilmədən “Milan”a böyük hesabla (0:4) uduzub.
Fanat.Az xəbər verir ki, milanlıların 59 yaşlı veteran qapıçısı Mario İelpo "Pianetamilan" bu uğurun “Milan”a praktiki mənada çox kömək etməyəcəyini bildirib:
"“Milan” artıq itirilməməli olduğu xeyli xal itirib. Bu uğur komandaya praktiki mənada çox kömək etməyəcək. Lakin komanda başqa turnirdəki duellər ərəfəsində şənlənəcək. Bugünkü uğur yalnız əhval-ruhiyyə, özünə inam üçün vacibdir, turnir cədvəlindəki durum baxımından isə "Roma" və "Latsio" ilə matçlar daha vacib olacaq".
Xatırladaq ki, "Milan"la "Napoli" Çempionlar Liqasının 1/4 final mərhələsində bir-biri ilə iki dəfə oynamalı olacaq.
Mirağa