"Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Gəncəyə yollanıb. Fanat.az хəbər verir ki, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri bir sıra görüşlər keçirəcək.
Belə ki, Mikayıl Nərimanoğlu bu gün "Kəpəz"in veteranları ilə görüşəcək. Sabah isə o, azarkeşlərlə biraraya gələrək fikir mübadiləsi aparacaq və onların klubla bağlı suallarını cavablandıracaq.
Fanat.az