Bu gün Çempionlar Liqasının püşkü atılacaq

Bu gün Çempionlar Liqasının püşkü atılacaq

Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, ilk dəfə yeni formatda keçiriləcək turnirin püşkatması Monakoda təşkil olunacaq. 

Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Turnirdə 36 komanda iştirak edəcək. Onlar püşkatmada qruplara bölünməyəcək, liqa şəklində yarışacaqlar. Hər komanda üçün 8 rəqib seçiləcək. İştirakçıların hər biri 4 oyununu səfərdə, 4-nü evdə keçirəcəklər. Liqa mərhələsi sentyabrda başlayıb həmişəki kimi dekabrda deyil, gələn ilin yanvarında bitəcək.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Zaqreb “Dinamo”suna hər iki oyunda (0:3, 0:2) uduzduqdan sonra ölkəmizin bu turnirdə təmsilçisi olmayacaq.

Püşkdən öncə klublar hərəsində 9 komanda olmaqla 4 səbətə bölünüb:

1-ci səbət

“Real” M (İspaniya) “Mançester Siti” (İngiltərə) “Bayern Münhen” (Almaniya)  PSJ (Fransa) “Liverpul” (İngiltərə) “İnter” (İtaliya) “Borussiya” D (Almaniya) “Leypsiq” (Almaniya) “Barselona” (İspaniya)

2-ci səbət

“Bayer” L (Almaniya) “Atletiko” M (İspaniya) “Atalanta” (İtaliya) “Yuventus” (İtaliya) “Benfika” (Portuqaliya) “Arsenal” (İngiltərə) “Brügge” (Belçika) “Şaxtyor” D (Ukrayna) “Milan” (İtaliya)

3-cü səbət

“Feyenoord” (Niderland) “Sportinq” (Portuqaliya) PSV (Niderland) “Dinamo” Z (Xorvatiya) “Zalsburq” (Avstriya) “Lill” (Fransa) “Srvena Zvezda” (Serbiya) “Yanq Boyz” (İsveçrə) “Seltik” (Şotlandiya)

4-cü səbət

“Slovan” (Slovakiya) “Monako” (Fransa) “Sparta” (Çexiya) “Aston Villa” (İngiltərə) “Boloniya” (İtaliya) “Jirona” (İspaniya) “Ştutqart” (Almaniya) “Şturm” (Avstriya) “Brest” (Fransa)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər