Bu futbolçuya görə "Liverpul" Salahı, "Nyukasl" Allanı sata bilər

Bu futbolçuya görə "Liverpul" Salahı, "Nyukasl" Allanı sata bilər

İngiltərənin iki klubu "Yuventus"un yarımmüdafiəçisi Federiko Kyezonu sıralarına qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.   Belə ki, "Liverpul"la "Nyukasl" 25 yaşlı futbolçuya görə rəqib olublar. Həmçinin, "Aston Villa" da Kyezonun xidmətində maraqlıdır, lakin bu variant oyunçu üçün maraqlı deyil.

Xəbərdə bildirilir ki, həm "mersisaydlılar", həm də “sağsağanlar” hazırki heyətdən kimisə satmasa, italiyalını ala bilməyəcək. Belə ki, "Yuventus" təklifləri nəzərdən keçirməyə hazır olduğunu bildirsə də, Federiko Kyezonu 50 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil. Ona görə də "Liverpul" Məhəmməd Salahı, "Nyukasl" isə  Allan Sent-Maksimeni satarsa, Kyezonu ala biləcəklər. Hər iki futbolçu Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb. 

 Federiko Kyezonun "Yuventus"la müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər