"Napoli" Kalidu Kulibaliyə qiymət qoyub.
Fanat.Az xəbər verir ki, Neapol təmsilçisi seneqallı futbolçunu istəyən klublardan 120 milyon avro tələb edir. Onunla "Real" və "Çelsi"nin maraqlandığı bildirilir.
Qeyd edək ki, Kalidu Kulibali 2014-cü ildə "Genk"dən "Napoli"yə 7,75 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 26 yaşlı stoperə 50 milyon avro qiymət qoyub. Seneqallı futbolçu cari mövsümdə 44 rəsmi oyuna çıxaraq 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
Fanat.Az