"Bu, fəlakət idi" - Dyekereş Bakıdakı darmadağını dəyərləndirdi

"Bu, fəlakət idi" - Dyekereş Bakıdakı darmadağını dəyərləndirdi

İsveç millisinin hücumçusu Viktor Dyekereş AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində dünən Bakıda Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları matçdan sonra ölkəsinin mətbuatına açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, Portuqaliya "Sportinq"inin formasını geyinən 25 yaşlı forvard belə danışıb:

“Bu, fəlakət idi. Azərbaycan ilk 6 dəqiqədə iki qol vurdu. Belə başlanğıcdan sonra işimiz çətinləşdi. Əlbəttə, yaxşı oynaya bilmədik, arzulanan sayda qol epizodları yaratmadıq". 

Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycanın hərəyə 7 xalı var. Skandinaviya təmsilçisi 3-cü, seçməmiz isə 4-cü pillədə mövqe tutub. Təmsilçimiz son turda səfərdə Belçika ilə üz-üzə gələcəksə, İsveç Estoniyanı qəbul edəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər