Braziliyalı futbolçu "Qəbələ"dən getdi

Braziliyalı futbolçu "Qəbələ"dən getdi

"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Lourival Assis bölgə klubunu tərk edib.

Braziliyalı futbolçunun müqaviləsi başa çatıb. Klub rəhbərliyi ona yeni anlaşma təklif etməyib. 

Qeyd edək ki, Assis 2012/13 mövsümünün əvvəlində Bolqarıstanın "Çernomorets" klubundan transfer olunub. Ölkəmizdə 46 oyun keçirib və 6 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər