Braziliya millisinin sabiq üzvü Azərbaycanda oynamaq istəyir

Braziliya millisinin sabiq üzvü Azərbaycanda oynamaq istəyir

"Sabah hansısa klub mənə fantastik məbləğdə müqavilə təklif etsə, gedərəm. Bu, hətta Azərbaycan çempionatı da ola bilər. Belə böyük pul qarşılığında orada da oynamağa hazıram". Fanat.az "Voetbalkrant"a istinadən xəbər verir ki, bu sözləri Belçikanın "Brügge" klubunun hücumçusu Felipe Gedoz deyib.

Futbolçu daha sonra bunları bildirib: "Futbolçu karyerası qısa olur. Sizin hansısa başqa planlarınız ola bilər və təklifdən imtina edərsiniz. Amma sabah yenə elə bir şans olacaqmı? Mən təkcə özümü yox, ailəmi də düşünürəm. Məsələn, on ildən sonra, karyeramı başa vuranda nə edəcəyəm? Getsəm, bundan hər kəs qazanacaq. Amma bu, o demək deyil ki, "Brügge"də qalmaq istəmirəm". 

Qeyd edək ki, Felipe Gedoz 2014-cü ildən "Brügge"də çıxış edir. Yarım ilə yaxındı zədədən əziyyət çəkən 22 yaşlı forvard bu komandanın heyətində 51 oyun keçirib və 10 qol vurub. Braziliyanın  U-21 (2 oyun, 1 qol) və U-23 (5 oyun, 1 qol) yığmalarında oynamış futbolçu vətənində "Defensor Sportinq" klubunun formasını geyinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər