Braziliya klubu romalıların liderini apardı - RƏSMİ

Braziliya klubu romalıların liderini apardı - RƏSMİ

"Latsio"nun hücumameyilli yarımmüdafiəçisi Felipe Anderson yayda "Palmeyras"ın futbolçusu olacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə Braziliya klubu açıqlama yayıb. 

Klub 31 yaşlı futbolçu ilə 2027-ci ilin sonuna qədər ilkin müqavilə imzaladığını açıqlayıb.

Braziliya klubu romalıların liderini apardı - RƏSMİ Felipe Andersonun bu ilin iyununda "Latsio" ilə müqavilə müddəti başa çatacaq. Onun "Yuventus"a keçəcəyi bildirilsə də, göründüyü kimi, braziliyalı vətəninə dönməyə qərar verib.

Felipe Anderson bu mövsüm A Seriyasında 32 matça çıxaraq 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər