"Qarabağ"ın futbolçusu Julio Romao sabah Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyundan öncə jurnalistlərin suallarını cavablandırdı. ETOPAZ-ın dəstəyi ilə Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... - Baş məşqçimiz qeyd etdi ki, bizi sabah ciddi və çətin mübarizə gözləyir. Baxmayaraq ki, son oyunda məğlub olublar. Komandamızda Portuqaliya təcrübəsi olan oyunçularımız var. Rəqibin gücünü bilirik. Sürətli və topla oynamağı sevən komandadır. Çalışacağıq ki, layiqli mübarizə aparaq, baxımlı futbol sərgiləyək. - Sabahkı oyundan gözləntiləriniz nədir? - Ümumiyyətlə, matçın nəticəsini detallar həll edəcək. Qələbə qazana bilərik. “Braqa” ciddi rəqibdir, amma Avropa Liqası başqa səviyyəli turnirdir. Rəqibi tanımaq üçün vaxtımız olub. Oyunun taleyini xırda detallar müəyyənləşdirəcək. - Portuqaliyada oynamısınız. Baş məşqçiniz sizdən hansısa məlumat alıbmı? - Xeyr, şəxsən məndən bu haqda heç nə soruşmayıb. Rəqibin oyunlarını izləmişik. Onların sürətli və hücumameyilli olduqlarını bilirik. - "Qarabağ"ı tanımayan portuqallar üçün komandanı necə xarakterizə edərdiniz? - Ümumiyyətlə, həm çempionatda, həm də Avropa Liqasında diqqət yetirsəniz, topu ələ keçirən kimi sürətli hücuma çıxırıq. Bu, bizim ən təhlükəli tərəflərimizdən biridir. Çempionatda bir çox komandalar öz meydançalarına qapanırlar. Topa nəzarət edir, sürətli hücumlardan istifadə edirik. - "Braqa"da oynayan futbolçulardan ən təhlükəli olaraq kimi qeyd edərdiniz? - Təhlükəli oyunçu Musrati idi, o da getdi. Amma Calo və Bruma da təhlükəlidir. Həm hücumda, həm müdafiədə komandaya kömək edirlər. - "Bayer"lə "Braqa"nı müqayisə edə bilərsiniz? - Bugünkü gündə "Bayer"in rəqibə təzyiqi möhtəşəmdir. Müqayisə edə bilmərəm. "Braqa" da güclüdür, nüfuzunu, adını saxlamış komandadır. İnanmıram ki, "Bayer"lə oyunda yaşadığımız çətinliyi "Braqa" ilə matçda yaşayaq.
“Braqa” ilə matçın nəticəsini detallar həll edəcək” - Romao
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:51
13.10.2026
Həftəiçi oyunlar bu kanallarda- AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
22:48
13.10.2026
Valdas Dambrauskas
Azərbaycan futbolu
20:57
13.10.2026
ÇL: "Sabah" "Slaviya"nı qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR
Azərbaycan futbolu
17:22
13.10.2026
"Yaradılan 20-21 günlük fasilə bizi bir qədər geriyə saldı" - Tural Cəlilov
Azərbaycan futbolu
17:03
13.10.2026
"Bu matça da qələbə üçün çıxacağıq" - Füzuli Məmmədov