"Braqa" Bakıya nə vaxt gələcək? - Məskunlaşacağı məkan da bilindi

"Braqa" Bakıya nə vaxt gələcək? - Məskunlaşacağı məkan da bilindi

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Braqa"nın Bakıya nə vaxt gələcəyi bəlli olub.

Ağdam təmsilçisinin meneceri Asif Əsgərovun Fanat.Az-a verdiyi məlumata görə, sabah axşam saatlarında Azərbaycana təşrif buyuracaq Portuqaliya klubu "Hilton" hotelində məskunlaşacaq.

Ertəsi gün yeganə məşqinə çıxacaq Artur Jorjenin komandasını "Tofiq Bəhramov"da təxminən 100 azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda bu rəqibini 4:2 hesabı ilə məğlub edib. Tərəflərin fevralın 22-də baş tutacaq cavab qarşılaşması Bakı vaxtı ilə 21:45-də start götürəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər