“Bornmut”dan möhtəşəm "kambək"

“Bornmut”dan möhtəşəm "kambək"

İngiltərə Premyer Liqasında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Fanat.Az xəbər verir ki, “Bornmut” doğma meydanda “Luton Taun”la qarşılaşıb.

İlk hissədə qonaqlar 3 cavabsız qola seviniblər. Amma ikinci hissədə 4 qol vuran “Bornmut” əzmkar qələbəylə ayrılıb.

“Bornmut” hazırda 35 xalla 13-cü, “Luton Taun” 21 xalla 18-ci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası 17-ci tur 13 mart

Bornmut – Luton Taun 4:3 Qollar: Solanke, 50. Zabarnı, 62. Semenyo, 64; 83 – Conq, 9. Oqbene, 31. Barkli, 45+1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər