Bolqarıstan klubu azərbaycanlı futbolçunu baxışa dəvət edib. Fanat.Az gong.bg saytına istinadən xəbər verir ki, Sofiya "Slaviya"sı Mirkamil Həşimlini sınaqdan keçirib.
Futbolçu Türkiyənin Antalya şəhərində Qazaxıstanın "İrtış" klubuna 3:1 hesabı ilə qalib gəldikləri yoxlama matçında "Slaviya"nın heyətində yer alıb. Lakin baş məşqçi Vladimir İvanov 21 yaşlı yarımmüdafiəçini bəyənməyib.
"Mirkamil pis oyunçu deyil. Amma elə öz futbolçularımız səviyyəsindədi. Bizim siyasətimiz ondan ibarətdi ki, əsas komandada öz məktəbimizdən yetişmiş futbolçulara daha çox yer verək" deyə Vladimir İvanov bildirib.
Qeyd edək ki, Mirkamil Həşimli 2006-cı ildə Türkiyənin U-15 Liqasında "Fənərbaxça" klubunun formasını geyinib. "Qalatasaray"la oyunda ağır zədə alan futbolçu 2015-ci ildə vətənə dönərək "Neftçi", "Zirə" və "Rəvan"da çıxış edib.
Fanat.Az