Bolqarıstan - Azərbaycan matçı macarlara tapşırıldı

Bolqarıstan - Azərbaycan matçı macarlara tapşırıldı
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan - Azərbaycan matçının hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA oyunu macar hakimlər briqadasına tapşırıb.
Görüşün baş hakimi Tomaş Boqnar olacaq. Ona həmyerliləri Peter Beretyan və Qabor Eros yardım edəcək. Dördüncü hakim funksiyasını isə Teodoros Georgiu yerinə yetirəcək.
 
İşvan Vad və Jolt Şabo isə oyuna əlavə köməkçi hakim kimi təyinat alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər