Boksçularımız Serbiyadan 6 medalla döndülər

Boksçularımız Serbiyadan 6 medalla döndülər

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.

Fanat.Az xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib.

Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb. Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, komandamız fevralın 10-da Bakıya qayıdacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər