Boksçularımız Rumıniya və Bolqarıstan milliləri ilə eyni toplanışda

Boksçularımız Rumıniya və Bolqarıstan milliləri ilə eyni toplanışda

Azərbaycanın boks millisi Bolqarıstana yollanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Pedro Roke və məşqçi Nəriman Abdullayev rəhbərliyi altında yığmanın 4 üzvü Sofiyada təlim-məşq toplanışına qatılıb.

Hazırlıqda Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (71 kq) və Alfonso Dominges (92 kq) iştirak edirlər. Yığma Bolqarıstanda toplanışı ev sahibləri və Rumıniya milliləri ilə birgə keçir. Məşqlərdə sınaq döyüşlərinin təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, hazırlıq prosesi noyabrın 10-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər