Bojoviç onları "Qəbələ"yə qarşı oynada bilməyəcək

Bojoviç onları "Qəbələ"yə qarşı oynada bilməyəcək

Misli Premyer Liqasının 28-ci turunda "Qəbələ"nin qonağı olacaq "Neftçi" bölgədəki görüşə tam heyətlə çıxa bilməyəcək.

Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Miodraq Bojoviç iki futbolçunun xidmətindən məhrumdur.

Bərpa prosesini davam etdirən qapıçı Emil Balayev və əzələ gərilməsi diaqnozu ilə müalicə alan macarıstanlı müdafiəçi Mark Tamaş "qırmızı-qaralar"a qarşı oynamayacaqlar.

Qeyd edək ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər