"Biz oyunlara belə motivasiya ilə yanaşa bilmərik" - "Milan"ın kapitanı

"Biz oyunlara belə motivasiya ilə yanaşa bilmərik" - "Milan"ın kapitanı

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda əzəli rəqibi "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan"ın kapitanı Davide Kalabriya dünən keçirilən oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

"Oyuna yaxşı köklənə bilməmişdik. Onlar ələ düşən fürsətləri yaxşı dəyərləndirdilər. Bu, matçın taleyini həll etdi. Matçı təhlil edəcəyik. Rəqib güclüdür, ancaq biz oyunlara belə motivasiya ilə yanaşa bilmərik. Cavab qarşılaşmasında bütün gücümüzü meydanda qoymalıyıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər