"Beşiktaş"ın futbolçusu DÇ-də tarixi rekord müəyyənləşdirdi

"Beşiktaş"ın futbolçusu DÇ-də tarixi rekord müəyyənləşdirdi

Kanada yığmasının və "Beşiktaş"ın yarımmüdafiəçisi Atiba Hatçinson dünya çempionatında yeni rekord müəyyənləşdirib.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, Atiba buna qrup mərhələsinin birinci turu çərçivəsində baş tutan Kanada - Belçika matçında meydana çıxmaqla nail olub.

Belə ki, orta xətt oyunçusu mundial tarixində start heyətdə mövqe tutaraq ən yaxşlı futbolçu qismində tarixə düşüb. Hatçinson 39 yaş 288 günlüyündə ilk "11-lik"də yer alıb.

Kanadalı futbolçu həm də 1994-cü ildən bəri DÇ-də oynamış ən yaşlı oyunçu ünvanına yiyələnib. Həmin ildə keçirilən dünya birinciliyində Kamerun millisinin hücumçusu Roje Milla 42 yaş 39 günlüyündə Braziliyaya qarşı matça (0:3) çıxıb. 

Qeyd edək ki, hazırda ikinci yarısı oynanılan görüşdə Kanada 0:1 hesabı ilə uduzur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər