“Beşiktaş” klubu zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə iki ölkədə yoldaşlıq görüşü təşkil edəcək.
Türkiyənin "Sabah" nəşri İstanbul təmsilçisinin Almaniya və Azərbaycandan olan iki klubla xeyriyyə xarakterli yoldaşlıq oyunu keçirəcəyini yazıb.
Məsələni dəqiqləşdirmək üçün klublarımızla əlaqə saxladıq və "Beşiktaş"la danışıqlar olub-olmadığını soruşduq. Lakin Azərbaycan klublarından Fanat.Az-a verilən məlumata görə, Türkiyə təmsilçisi heç bir komandamızla danışıq aparmayıb.
Qeyd edək ki, "Beşiktaş" bu ay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı Almaniya təmsilçilərindən biri ilə qarşılaşacaq. Türkiyə mətbuatı Almaniyadan “Borussiya Münhenqladbax" və “Leyptsiq”lə də danışıqlar aparıldığını yazır. Daha sonra isə Super Liqanın cari təqviminə əsasən, istirahət edəcəkləri 9-30 aprel tarixləri aralığında Azərbaycana səfər ediləcək.
Röya