Berti Foqts Bakını tərk edib. Fanat.az xəbər verir ki, alman çalışdırıcı Bolqarıstanla oyundan sonra vətəninə yollanıb.
Foqts Bakıya gələn ayın ilk günlərində gələcək. Bundan sonra o, İtaliya və Xorvatiya ilə oyunların heyətini müəyyənləşdirəcək.
Qeyd edək ki, millimiz AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, 3 gün sonra Xorvatiya millisinin qonağı olacaq.
Fanat.az