Berluskoni Milan klubunun futbolçularını aparır

Berluskoni Milan klubunun futbolçularını aparır

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni sahibi olduğu "Montsa" "İnter" klubunun iki oyunçusu ilə güclənir.

Fanat.Az xəbər verir ki, bunu "Inter Xtra"ya açıqlamasında “Montsa”nın baş direktoru Adriano Qalliani deyib.

Söhbət Milan klubunun hücumçusu Andrea Pinamonti və yarımmüdafiəçisi Stefano Sensidən gedir. 

Məşhur futbol funksioneri "İnter" rəhbərliyi ilə görüşdüklərini bildirib: "Biz “İnter”lə bir çox şeyi, o cümlədən Pinamonti və Sensinin transferlərini müzakirə edirik. Danışıqlar müsbət istiqamətdə davam edir".

Qeyd edək ki, "Montsa" bu il İtaliya A Seriyasına yüksəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər