Belçika - Portuqaliya oyunu keçiriləcək - Başqa məkanda

Belçika - Portuqaliya oyunu keçiriləcək - Başqa məkanda
Belçika və Portuqaliya yığmaları arasında keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü təxirə salınıb. Fanat.az xəbər verir ki, buna səbəb paytaxt Brüsseldə törədilən terror hadisələridi.
Belçika Futbol Federasiyasının rəsmi saytı yoldaşlıq görüşündən əlavə, yığmanın bütün məşqlərinin də təxirə salındığını açıqlayıb.
Qeyd edək ki, oyunun martın 29-da keçirilməsi planlaşdırılmışdı.
Onu da əlavə edək ki, martın 22-də Brüsseldə törədilən terror aktı nəticəsində 34 nəfər həlak olub, 250-dən artıq insan yaralanıb.
*  *  *
Belçika - Portuqaliya oyunu ilə bağlı yeni qərar qəbul olunub. Belə ki, iki ölkənin futbol federasiyaları qarşılaşmanın Portuqaliyada keçirilməsinə qərar verib.
"Belçika Futbol Federasiyasının İdarə Heyəti olaraq, milli komanda və texniki heyətlə də anlaşılaraq, Portuqaliya Futbol Federasiyasının təklifi ilə oyunun eyni gündə və eyni saatda Portuqaliyanın Leyra şəhərində keçirilməsinə qərar verilib" deyə "Belçika Futbol Federasiyasının açıqlamasında bildirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər