Belarusdan Azərbaycana 4 qol

Belarusdan Azərbaycana 4 qol
Bu gün 19 yaşadək futbolçulardan ibarət millimiz yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, yığmamız Belarusun müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gəlib.
 
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma millimizin məğlubiyyəti ilə nəticələnib. Yığma komandamız belaruslu həmyaşıdlarına 1:4 hesabı ilə uduzub.
 
Hesabı 8-ci dəqiqədə Vladislav Muxammedov açıb. 7 dəqiqə sonra millimiz Murad Xaçayevin bərabərlik qoluna sevinib. 40-cı dəqiqədə İvan Baxar qonaqları hesabda önə keçirib. O, 90+1-ci dəqiqədə dubl edib. 3 dəqiqə sonra isə Dmitri Xalimonçikov son nöqtəni qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər