"Bayern" Devisi "Milan"ın ulduzu ilə əvəz edəcək

"Bayern" Devisi "Milan"ın ulduzu ilə əvəz edəcək

"Bayern Münhen" müdafiəçisi Alfonso Davisin yayda klubu tərk edəcəyi təqdirdə kanadalını kiminlə əvəz edəcəyini müəyyənləşdirib. 

Fanat.Az xəbər verir ki, bu barədə Münhen klubunu yaxından izləyən insayder Kristian Falk yayıb. 

Mənbənin məlumatına görə, Münhen nəhəngi A Seriyasında öz mövqeyində liqanın ən yaxşılarından olan “Milan”ın müdafiəçisi Teo Ernandesi almaq variantını nəzərdən keçirir. 

Devisin "Real Madrid"ə keçəcəyi gözlənilir. 

Ernandes İtaliya A Seriyasının bu mövsüm dörd qol vurub və iki məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər