"Başakşəhər" "Milan"ın futbolçusunu heyətinə qatdı - RƏSMİ

"Başakşəhər" "Milan"ın futbolçusunu heyətinə qatdı - RƏSMİ
"Başakşəhər” heyətinə yeni futbolçu qatıb.
 
Fanat.Az xəbər verir ki, Superliqa təmsilçisi "Milan”da heyətə düşməyə çətinlik çəkən Leonardo Duarteni rənglərinə bağlayıb.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. İstanbul klubu braziliyalı müdafiəçini satın almaq şərti ilə 1,5 illik icarəyə götürüb. 24 yaşlı cənubi amerikalı yeni komandasında "2” nömrəli formanı geyinəcək.
 
Bu mövsüm "Milan”la 3 oyuna çıxan Duarte 2019-cu ilin yayından "qırmızı-qaralar”ın sıralarında idi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər