Baş məşqçi və hakim söyüşdü, AFFA cəza verdi

Baş məşqçi və hakim söyüşdü, AFFA cəza verdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri aşağı liqalarda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
U-12 liqasının "MKT-Araz" (İmişli) - "Bahar-Gİİ" (Beyləqan) matçı başa çatdıqdan sonra "Bahar-Gİİ"nin baş məşqçisi Xudaverdi Tumusovla oyunun baş hakimi bir-birini təhqir kdib. AFFA "Bahar-Gİİ"nin baş məşqçisini hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalandırıb. Hakimlər Komitəsinə isə tapşırılıb ki, oyunun baş hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.
U-17 liqasının AZAL - “Neftçi” İK İB matçının 64-cü dəqiqəsində AZAL-ın futbolçusu Əli Səfərov, U-17 liqasının “Bakı” - “Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində “Bakı”nın futbolçusu Nicat Məmiyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. Hər iki futbolçu 4 oyunluq cəzalandırılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər