"Barselona", yoxsa "Atletiko Madrid"? - Ronaldu seçim qarşısında

"Barselona", yoxsa "Atletiko Madrid"? - Ronaldu seçim qarşısında

Portuqaliyalı jurnalist Nunu Luj həmkarları ilə söhbətində həmyerlisi Kriştianu Ronaldunun gələcəyindən danışıb.

Fanat.Az xəbər verir ki, Luj "Marca" nəşrinə bildirib ki, 37 yaşlı portuqaliyalı futbolçu hazırda "Mançester Yunayted"dəki vəziyyətdən narazıdır və özü üçün ən yaxşı variantı axtarır.

Jurnalist həm də qeyd edib ki, 37 yaşlı superulduzun "Barselona"dan başqa, "Atletiko Madrid"ə də keçməsi mümkündür.

Xatırladaq ki, Kriştianu Ronaldu Çempionlar Liqasında oynamaq üçün yaxın vaxtlarda “qırmızı şeytanlar”ı tərk etmək niyyətindədir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər