"Barselona"nın prezidentliyinə namizəd Viktor Font klubun böyük dəyişikliklərə ehtiyacı olduğunu düşünür.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, Font açıqlamasında "katalonlar"ın "Milan" və ya "Mançester Yunayted" kimi uzun müddət "uğursuzluq zolağı"na düşə biləcəyini qeyd edib:
"Son 10 il ərzində rəqabət ciddi şəkildə artıb. Premyer Liqa klublarının necə yaxşı idarə edildiyini, hətta dövlət klublarına belə, çox maliyyə ayrıldığını və yeni iqtisadi model formalaşdırdıqlarını görürsünüz. Etməli olduğumuz şeyləri etməsək, "Barsa" növbəti "Milan" və ya "Mançester Yunayted" ola bilər".
Fanat.Az