"Barselona" Çempionlar Liqasını qazandı

"Barselona" Çempionlar Liqasını qazandı
Futzal üzrə Çempionlar Liqasının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Barselona" turnirin qızıl medallarına sahib çıxıb. Kataloniya klubu finalda İspaniyanın digər təmsilçisi "El Poso" ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Bununla da "Barselona" 2012 və 2014-cü ildən sonra tarixində üçüncü dəfə nüfuzlu mükafata sahib çıxıb.
3-cü yer uğrunda görüşdə isə Rusiyanın KPRF və "Tümen" komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə KPRF daha dəqiq olub - 3:1.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər