"Barselona" futbolçusunu "Tottenhem"ə satdı

"Barselona" futbolçusunu "Tottenhem"ə satdı

"Barselona"nın braziliyalı müdafiəçisi Emerson Palmieri "Tottenhem"ə keçmək üzrədir.

Fanat.Az xəbər verir ki, məlumatı idman jurnalisti Nikolo Skira "Twitter" səhifəsi üzərindən paylaşıb.

Mənbənin verdiyi məlumata görə, futbolçu London təmsilçilərinə 30 milyon avroya başa gələcək. Transferin baş tutmasına futbolçu və hər iki klub razılıq verib.

Qeyd edək ki, "Transfermarkt" internet portalı Emersonun transfer dəyərini 25 milyon avro ilə qiymətləndirir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər