"Barsa" "Çelsi"ni darmadağınla haqladı

"Barsa" "Çelsi"ni darmadağınla haqladı

UEFA Gənclər Liqasında final matçı oynanılıb.

 

Fanat.Az-ın məlumatına görə, həlledici görüşdə "Çelsi” ilə "Barselona” münasibətlərinə aydınlıq gətirib.

 

Bu mövsüm "Qarabağ”la eyni qrupda yer alan və Azərbaycan klubuna hər iki matçda qalib gələn (5:0, 3:1) London təmsilçisi İsveçrədəki final qarşılaşmasında rəqibi ilə bacarmayıb. Markes Mendes (33, 52) və Abel Ruizin (90+2) qolları sayəsində 3:0 hesablı darmadağına sevinən "Barselona” ikinci dəfə UEFA Gənclər Liqasında qalib olub.

 

 

"Barselona”nın U-19-u "Çelsi”ni yenərək çempionluq sayında udduğu rəqibinə çatıb. Ümumilikdə 5 dəfə təşkil edilən turnirdə bu komandalardan başqa, "Zalsburq” da çempionluq sevinci dadıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər