Bakıya gələn məşhur futbolçuDƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ

Bakıya gələn məşhur futbolçuDƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ

“Roma”nın hücumçusu Stefan Əl-Şaaravi avtomobil qəzasına düşüb.

 

Publika.az xəbər verir ki, hadisə “Torino”ya məğlubiyyətdən (1:3) sonra baş verib. Futbolçu səfər oyunundan klubun bazasına qayıdırmış.

 

Onun idarə etdiyi “Audi A3” “Fiat Panda” ilə toqquşub. “Fiat Panda”nın 40 yaşlı sürücüsü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Əl-Şaaravi ciddi xəsarət almasa da, avtomobili yararsız hala düşüb.

 

Bu futbolçu “Monako”nun heyətində “Qarabağ”a qarşı Avroliqa matçlarında forma geyinib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər