“Bakı”nın növbəti sınağı

“Bakı”nın növbəti sınağı
“Bakı” Avstriyada təlim-məşq toplanışı davam etdirir. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” mövsümlərarası fasilədə növbəti yoxlama oyununa çıxacaq.
Hazırlıq çərçivəsində yerli “Helmaqor” (4:1) və “Penik” (8:0) kollektivini darmadağın edən serbiyalı baş məşqçi Milinko Pantiçin yetirmələri bu dəfə digər ölkə təmsilçisi ilə üz-üzə gələcək. Belə ki, bakılılar Sloveniyanın SPİNS klubu ilə qarşılaşacaq. 
Qeyd edək ki, “Bakı” iyulun 16-da Serbiya “Donji Srem”i ilə görüşəcək. “Zolaqlılar” iyulun 25-də isə hazırlıqlarını başa vuraraq vətənə geri dönəcək.
Yoxlama oyunu 
13 iyul
“Bakı” (AZƏRBAYCAN) – SPİNS (Sloveniya) 
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər