Bakının bütün arenalarında internet olacaq - VİDEO

Bakının bütün arenalarında internet olacaq - VİDEO

Avropa Oyunlarında yarışların keçiriləcəyi bütün idman arenalarına xüsusi optik kabellər çəkilib. ANS TV-nin məlumatına görə, arenalarda yüksək sürətli internetlə bağlı heç bir problem olmayacaq. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi buna zəmanət versə də, bəzi məsələlərdən narahatlıq var. Nazir müavini İltimas Məmmədov idman arenaları ətrafında təmir-tikinti işləri aparan qurumlara müraciət edərək, onları ehtiyatlı olmağa çağırıb. 

İltimas Məmmədov bildirib ki, son günlər Olimpiya stadionu yaxınlığında tikinti işləri ilə əlaqədar bütün optik kabellər qırılıb. "İndi onlar yenidən bərpa olunur. Amma bütün tikinti işləri aparanlar ehtiyatlı olmalıdırlar". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər