Bakılılar üçün daha bir Bundesliqa klubu

Bakılılar üçün daha bir Bundesliqa klubu

“Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışındakı növbəti sınaqçı rəqibi bəllidi. Fanat.Az xəbər verir ki, “ağ-qaralar” toplanışın son yoxlama oyununu da alman komandasına qarşı keçirəcək.

 

Bakılılar avqustun 2-də Berlinin “Herta” klubu ilə qarşılaşacaq.

 

Berlinlilərlə görüşədək təmsilçimiz iyulun 30-da saat 20:00-da BƏƏ klubu "Əl Ain"lə matça çıxacaq.

 

Qeyd edək ki, “Neftçi” sabah digər Bundesliqa təmsilçisi “Şalke04” önündə imtahan verəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər