Bakıdakı yarış 800-ə yaxın cüdoçunu bir araya gətirəcək

Bakıdakı yarış 800-ə yaxın cüdoçunu bir araya gətirəcək

8-10 apreldə Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə 15 yaşadək yeniyetmə cüdoçuların Bakı birinciliyi keçiriləcək. 

Fanat.Az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 800-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.

Paytaxt birinciliyində oğlanlar -34, -38, -42, -46, -50, -55, -60, -66, -73, +73 kq, qızlar isə -28, -32, -36, -40, -44, -48, -52, -57, -63, +63 kq  çəki dərəcəsində güclərini sınayacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər