Bakıdakı məğlubiyyət Xomuxanın sonu oldu

Bakıdakı məğlubiyyət Xomuxanın sonu oldu
Azərbaycana uduzan məşqçini Rusiyada bağışlamadılarRusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Dmitri Xomuxa istefaya göndərilib. Fanat.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi qərar qəbul edib. 
RFS-in prezidenti Vitali Mutko 46 yaşlı mütəxəssislə anlaşmanın qarşılıqlı razılıq əsasında pozulduğunu bildirib. O, Xomuxanın rəhbərliyi altında qeydə alınmış nəticələrdən qane olmadıqlarını və baş məşqçinin özünü peşəkar futbolda sınamaq istədiyini açıqlayıb. Mutko Xomuxanın bu vəzifəyə təyinatının təşəbbüskarı olduğunu söyləyərək, öz günahını etiraf edib. 
Xatırladaq ki, noyabrın 17-də Bakıda Azərbaycan millisi ilə AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində rusiyalı həmyaşıdlarını 3:0 hesabı ilə darmadağın edib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər