Bakıdakı finalın adı: Portuqaliya - İspaniya

Bakıdakı finalın adı: Portuqaliya - İspaniya
Bu gün 17 yaşlı futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında yarımfinal görüşləri keçirilib. Fanat.az xəbər verir ki, hər iki matç eyni gündə baş tutacaq və “Dalğa Arena”da oynanılıb.
 
Günün ilk oyununda Portuqaliya ilə Hollandiya qarşılaşıb. Çempionata milli komandamızla birlikdə A qrupunda start verən Portuqaliya qrup lideri kimi çıxdığı 1/4 finalda Avstriyanı darmadağın edərək finalın bir addımlığına kimi irəliləmiş, Hollandiya D qrupunu ikinci yerdə tamamladıqdan sonra İsveçli həmyaşıdlarını da minimalhesabla məğlub etmişdi. Yarımfinal oyununda iki cavabsız qol vuran Portuqaliya adını finala yazdırıb.
Günün ikinci matçında Almaniya ilə İspaniya münasibətlərinə aydınlıq gətirib. B qrupunun birincisi olan “Bundestim” 1/4 finalda Belçikanı, D qrupunun lideri olan İspaniya isə 1/4 finalda İngiltərəni məğlub edərək final çıxmışdı. Yarımfinal matçının 11-ci dəqiqəsində Azərbaycan əsilli Renat Dadaşov almanları sevindirsə də, İspaniya ikinci yarıda iki qol vuraraq finalda Portuqaliyaya rəqib olub.
 
AVRO-2016 (U-17)
1/2 final
18 may
 
Portuqaliya - Hollandiya 2:0
Qollar: Jose Qomes, 25. Dioqo Dalot, 56.
Hakimlər: Peter Kraloviç (Slovakiya), Balaş Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan), Qunnar Yarl Consson (İslandiya).
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan).
UEFA nümayəndəsi: Ludovik Mikallef (Malta).
“Dalğa Arena”.
 
Almaniya - İspaniya 1:2
Qollar: Renat Dadaşov, 11 - Abel Ruiz, 64. Brahim Díaz, 78.
Qırmızı vərəqə: Jan-Kristof Bartels, 80+4 (Almaniya).
Hakimlər: Bartoş Frankovski (Polşa), Georgi Todorov (Bolqarıstan), Ceyhun Sesigüzel (Türkiyə), Ville Nevalaynen (Finlandiya).
Hakim-inspektor: Vladimir Antonov (Moldova).
UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya).
“Dalğa Arena”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər